İran prezidenti Türkiyə və Suriyaya səfər etməyi planlaşdırır



İran Prezidenti İbrahim Rəisi Türkiyə və Suriyaya səfər etməyi planlaşdırır.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Çafi məlumat verib.

Onun sözlərinə görə, bu səfərlər planlar yekunlaşdıqdan sonra baş tutacaq.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi planlaşdırılan səfərlərin tarixi barədə məlumat verməyib. Rəisinin gözlənilən səyahət proqramı haqqında təfərrüatlar da bəlli deyil.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}