Ağcabədidə toya gedənlər qəzaya düşüb - Ölən və xəsarət alanlar var


Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Toy karvanına daxil olan “VAZ 2107” markalı avtomobil “ Mercedes” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}