“Paşinyan, səni adam arasına buraxmaq olmaz!..”

 Erməni baş nazirin BMT-də Azərbaycanla bağlı dediyi sözlər müxalifəti hiddətləndirib...
İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasındakı son çıxışı erməni müxaliflər tərəfindən qəzəblə qarşılanıb.
Moderator.az-ın  verdiyi xəbərə görə, Rusiyadakı erməni nəşrlərindəki materiallardan belə anlaşılır ki, buna əsas səbəblər N.Paşinyanın “qondarma erməni soyqırımı” haqqında dilucu danışması və Qarabağ probleminin həllində Azərbaycan xalqının da maraqlarının nəzərə alınması barədə çağırışıdır.  
Ermənistanın keçmiş elm və təhsil naziri Armen Aşotyan özünün “Facebook” səhifəsində hökumət başçısının sözügedən çıxışını bu və ya digər səbəblərlə bağlı kəskin tənqid edərək sonda belə yazıb:
“Bir sözlə, Paşinyan, səni adam arasına buraxmaq olmaz! Ümid edirəm ki, gələn il BMT-də ölkəmizin adından başqa adam çıxış edəcək...”


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}