“Sədərək” ticarət mərkəzindəki yanğını 30 ədəd texnika söndürüb



“Sədərək” ticarət mərkəzində yanğının söndürülməsinə 30 ədəd texnika və 130 nəfər şəxsi heyət cəlb edilib.

Bu barədə FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Əkbər Novruzov bildirib.

“Saat 18:24 məlumat daxil olub. Hadisə yerinə həm Qaradağ rayonu, həm də Bakı qarnizonunun 30 ədəd texnikası və 130 şəxsi heyət cəlb edilib. Yanğın üç saat ərzində lokallaşdırılıb. Məlumat daxil olan andan 4 dəqiqə ərzində əraziyə yanğınsöndürənlər cəlb edilib. Lakin, yanğının ikinci mürəkkəblik dərəcəsinə görə əraziyə əlavə əməkdaşlarımız cəlb edilib. Hal-hazırda yanğın lokallaşdırılıb. Yanğın 16 və 17-ci sırada başlayıb. Əsasən yanan elektrik cihazları və məişət əşyalarıdır. Hazırda yanğının səbəbləri araşdırılması üçün istintaq araşdırması aparılır. Tüstülənmə müşahidə edildiyindən yanğının əhatə dairəsini hesablamaq mümkün olmayıb. Hazırda yanğının əhatə dairəsi hesablanır” – deyə Novruzov qeyd edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}