Gəncədə 2 piyadanı avtomobil vurub


Gəncə şəhərində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 Şəffaflıq.az-ın məlumatına görə hadisə şəhərin Heydər Əliyev Prospektində qeydə alınıb.

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən, 2004-cü il təvəllüdlü G.Osmanova və onun həmyaşıdı R.Məmmədovanı avtomobil vurub.

Onların hər ikisi xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}