Rusiya Ukraynanın Baxmut şəhərinin 60 faizdən çox hissəsini dağıdıb


Rusiya ordusunun bombardmanı, xüsusi ilə də hava zərbələri nəticəsində Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinin 60 faizdən çox hissəsi dağılıb.

Şəffaflıq.az UNIAN-a istinadən xəbər verir ki, bunu Donetsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, işğalçılar hər gün şəhəri atəşə tutur: “Ukrayna müdafiəçiləri düşmənin irəliləməsinin qarşısını alır”.

Administrasiya başçısı qeyd edib ki, Rusiyanın hücumları nəticəsində mülki sakinlər öldürülür: “Düşmən əvvəlki mövqeyinə, şəhər kənarına sıxışdırılıb. Təəssüf ki, bu hücumlardan 60 faizi dağılan şəhərə də ziyan dəyir”.

P.Kirilenko söyləyib ki, Rusiyanın son hücumu nəticəsində 2 mülki qadın həlak olub.

Məlumata görə, Baxmut hazırda Donetsk vilayəti istiqamətində cəbhənin ən qaynar bölgələrindəndir. Bir neçə aydır şəhəri Ukrayna müdafiəçiləri qala kimi qoruyurlar.

Bildirilib ki, Rusiya ordusu Baxmut yaxınlığında böyük itkilər verir. Ukrayna Milli Qvardiyasının 4-cü briqadası, 3-cü “Azadlıq” tağımının komandir müavini Vladimir Nazarenkonun sözlərinə görə, Rusiyanın hücum qrupları Baxmut istiqamətində qüvvəsinn 80 faizini ititirb.

Xatırladaq ki, dekabrın 21-də Baxmut şəhəri Rusiya işğalçılarından azad olunub.“Report”  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}