Bakının Xəzər rayonununda 38 yaşlı kişi özünə bıçaqla xəsarət yetirib.
Bakının Xəzər rayonununda 38 yaşlı kişi özünə bıçaqla xəsarət yetirib. Şəffaflıq.az-ın məlumatına görə, Türkan qəsəbəsində 1985-ci il təvəllüdlü Nəcəfov Vüsal Babakişi oğlu özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralının dediyinə görə, o özü özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş