İsmayıllıda qadın sürücü avtomobili aşırdı: Nənə və nəvə xəsarət aldılar



İsmayıllı-Qəbələ yolunda avtomobil qəzası baş verib. 

Şəffaflıq.az məlumat verir ki, yolun İsmayıllı rayonu Buynuz kəndindən keçən hissəsində qeydə alınan hadisə zamanı “Chevrolet” markalı, 90-OV-153 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb. 

Qəza zamanı sürücü Gülarə Fuad qızı və avtomobildə sərnişin qismində əyləşmiş nənəsi, 1947-ci il təvəllüdlü Səyyarə Əliyeva xəsarət alıblar. Onlar dərhal Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır. 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}