Zaurla qonaq arasında efirdə dava


Aparıcı Zaur Baxşəliyevlə 16 yaşlı gəlinini evinə qaytarmaq istəyən Sitarə adlı qadın arasında qalmaqal baş yaşanıb.

Şəffaflıq.az olay-a istinadən xəbər verir ki, "Bizimləsən" verilişinə qatılan qayınana və oğlu başqa bir şəxslə münasibətinin olduğu deyilən gəlini ilə barışmaq istəyib. Proqram zamanı qızın həyat yoldaşı Orxanın yüksək səslə danışması Baxşəliyevi narahat edib. O, Orxana irad bildirərkən anası müdaxilə edib və Zaurun Orxana danışmağa imkan vermədiyini söyləyib.

Zaur isə "Yaxşı edib qoymamışam, 16 yaşlı qızla gedib pedofillik edib evlənəndə necə olmalıydı? Hələ bir danışığa bax! Məni niyə hədələyirsən? 16 yaşlı qızı gətirib evə, hələ bir danışır da", - deyə, bildirdikdən sonra qonaqlar proqramdan çıxacaqlarını bildirib.

"Yaxşı yol! Gedin! Nə üzlə gəlmişdiniz bura?", - deyə, Zaur da onları qovub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}