Bakıda hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəxs tutulub
Bakıda hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxt sakini olan bir nəfərə hədə-qorxu gələn şəxsin ondan 1000 manat alması, sonradan yenə də pul tələb etməsi barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əlişan Yediyarov saxlanılıb. Araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş