Rusiyanın bütün bölgələrinə “donuz qripi” yayılıb
Mütəxəssislər Rusiyanın bütün regionlarında A (H1N1) 2009 və ya “donuz qripi” ştammını qeydə alıblar. Bu barədə jurnalistlərə “Rospotrebnadzor”un mətbuat xidmətindən məlumat verilib: “Qripin ən çox yayılmış ştammı hələ də Rusiyanın bütün regionlarında qeydə alınan A (H1N1) 2009-dur”. Bildirilib ki, Rusiyada dolaşan respirator viruslar arasında qrip virusları üstünlük təşkil etməkdə davam edir. Belə ki, onlar respirator infeksiyaların strukturunda 76,5% təşkil edir. Şəffaflıq.az
	
	
	
 	Xəbəri paylaş
	
			
        
 
         
 Facebook-da paylaş 
 
			








 
 