Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiyanın bütün bölgələrinə “donuz qripi” yayılıb
Rusiyanın bütün bölgələrinə “donuz qripi” yayılıb27-12-2022, 23:54 |
Mütəxəssislər Rusiyanın bütün regionlarında A (H1N1) 2009 və ya “donuz qripi” ştammını qeydə alıblar. Bu barədə jurnalistlərə “Rospotrebnadzor”un mətbuat xidmətindən məlumat verilib: “Qripin ən çox yayılmış ştammı hələ də Rusiyanın bütün regionlarında qeydə alınan A (H1N1) 2009-dur”. Bildirilib ki, Rusiyada dolaşan respirator viruslar arasında qrip virusları üstünlük təşkil etməkdə davam edir. Belə ki, onlar respirator infeksiyaların strukturunda 76,5% təşkil edir. Şəffaflıq.az Geri qayıt |