Sabirabadda ər arvadını bıçaqlayıb
Sabirabadda ər arvadını bıçaqlayıb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Rüstəmova Fərqanə Yaşar qızı bədənin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, aralarında yaranmış mübahisə zamanı F.Rüstəmova əri tərəfindən bıçaqlanaraq xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş