"İlin idman yekunları": Qaliblər açıqlanır


Gənclər və İdman Nazirliyinin təşkil etdiyi "İlin idman yekunları" adlı qala mərasimində daha 4 nominasiya üzrə qaliblər açıqlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, Bakı Su İdman Sarayı ilin idman qurğusu adın layiq görülüb. Milli Gimnastika Arenası ikinci, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi üçüncü olub.

1 saylı uşaq gənclər şahmat məktəbi ilin Uşaq-Gənclər İdman Məktəbi seçilib. Onu “Vətən” RİOEUG Futbol Məktəbi və Şabran UGİM izləyib.

İlin fair play mükafatı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təqdim edilib. Bu nominasiya üzrə ikinci yeri Azərbaycan Badminton Federasiyası, üçüncü yeri isə qadın güləşçisi Elnurə Məmmədova tutub.

“Prezident kuboku” reqatası (Suqovuşan-Mingəçevir) ilin idman tədbiri nominasiyası üzrə qalib olub. İlk "üçlüy"ü Şəki “İdman Festivalı 2022” və Yunan-Roma güləşi üzrə Dünya Kuboku tamamlayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}