İsmayıllıda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var



İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN- in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində baş verib.

“BMW” və “Honda” markalı avtomobillər toqquşması nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Hadisə zamanı xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}