ABŞ-da qar fırtınasında ölənlərin sayı 15-ə çatıb
ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 15-ə çatıb. Bu barədə Şəffaflıq.az CNN-ə istinadən xəbərıq verir. Bildirilib ki, əlverişsiz hava şəraiti nəticəsində Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında daha çox insan ölüb. “Flyaware.com” portalının məlumatına görə, ABŞ-da pis hava şəraitinə görə, 1,8 mindən çox reys təxirə salınıb. Pis hava şəraiti ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib.“Report”
Xəbəri paylaş
Facebook-da paylaş