Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslardan birinin aşması ilə bağlı məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək avtobusda olan sərnişinlərin çıxarılmasında və digər zəruri araşdırmalar aparılmasında iştirak ediblər. Faktla bağlı araşdırma aparılır”. Şəffaflıq.az-ın məlumatına görə, hadisə zamanı hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşıb. Hadisənin səbəbləri məlum deyil. Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.
Facebook-da paylaş