Əfqanıstanda 100-ə yaxın insanın ölümü ilə nəticələnən partlayış terror hesab olundu


Əfqanıstanın Pərvan əyalətinin Salanq aşırımında tuneldə yanacaq daşıyan maşının partlaması əvvəlcədən planlaşdırılan terror aktı olub.

Bu barədə Əfqanıstanın “Hasht-e Subh” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbə Daxili İşlər Nazirliyinin hesabatına istinadən bildirir ki, tuneldəki yanğına bir neçə minanın partlaması səbəb olub, onlardan biri yanacaq daşıyan maşına quraşdırılıbmış. Partlayışlar müxtəlif vaxtlarda baş verib. Hüquq mühafizəçiləri baş verənləri terror aktı adlandırıblar.

Başqa bir mənbə nəşrə bildirib ki, şənbə günü bir, bazar günü isə daha iki partlayış baş verib.

Pərvan əyalətinin səhiyyə departamentinin sözçüsü partlayışda azı 19 nəfərin öldüyünü, daha 32 nəfərin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildiyini bildirib. “Hasht-e Subh” qəzetinin son məlumatına görə isə hücumun qurbanlarının sayı 100-ə çatıb, azı 120 nəfər yaralanıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}