Abşeronda obyektdə yanğın olub, 2 nəfər xəsarət alıb


Abşeronda obyektdə yanğın olub, 2 nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhərində ümumi sahəsi 40 m² olan məişət avadanlıqlarının təmiri sexinin içərisində 1 ədəd masa yanıb.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}