Dəmiryolundan vaqonların metal hissələrini oğurlamaq istəyən şəxslər saxlanılıblar


Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən stansiyada park edilmiş vaqonların metal hissələrini oğurlayan şəxslər saxlanılıblar.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Nazim Nəzirov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolu ilə əldə etdikləri 320 kiloqram metal parçalar aşkar edilib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}