BMT 2022-ci ildə Ukraynaya 4,5 milyard dollardan çox humanitar yardım ayırıb


“BMT 2022-ci ildə Ukraynaya 4,5 milyard dollardan çox humanitar yardım ayırıb”.

Şəffaflıq.az-ın məlumatına görə, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Kiyevdə BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşündən sonra sosial şəbəkədəki səhifəsində bildirib.

“Belə dəstəyi yüksək qiymətləndiririk və gələn il bu məbləğin artacağına ümid edirik”, - o qeyd edib.

D.Şmıqal və M.Qriffits iqtisadiyyat, yenidənqurma və evini tərk etməyə məcbur qalmış ukraynalılara yardım sahəsində gələcək əməkdaşlığı, həmçinin minatəmizləmə üzrə yeni proqramların yaradılmasını müzakirə ediblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}