Əsas Səhifə > XARİCİ XƏBƏR > BMT 2022-ci ildə Ukraynaya 4,5 milyard dollardan çox humanitar yardım ayırıb
BMT 2022-ci ildə Ukraynaya 4,5 milyard dollardan çox humanitar yardım ayırıb15-12-2022, 16:44 |
“BMT 2022-ci ildə Ukraynaya 4,5 milyard dollardan çox humanitar yardım ayırıb”. Şəffaflıq.az-ın məlumatına görə, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Kiyevdə BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşündən sonra sosial şəbəkədəki səhifəsində bildirib. “Belə dəstəyi yüksək qiymətləndiririk və gələn il bu məbləğin artacağına ümid edirik”, - o qeyd edib. D.Şmıqal və M.Qriffits iqtisadiyyat, yenidənqurma və evini tərk etməyə məcbur qalmış ukraynalılara yardım sahəsində gələcək əməkdaşlığı, həmçinin minatəmizləmə üzrə yeni proqramların yaradılmasını müzakirə ediblər. Geri qayıt |