İstehlaka yararsız süd məhsulları məhv edildi
İstehlaka yararsız 72 adda 9,6 ton müxtəlif növ süd məhsulu məhv edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 72 adda 9,6 ton müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş