Aİ səfiri: “Azərbaycan məhsullarının 50 faizindən çoxu Avropa bazarlarına çıxarılır”


“Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni saziş münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxaracaq”.

“Report” xəbər verir ki, bunu dekabrın 15-də Bakıda keçirilən mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

Səfir bu saziş üzrə danışıqların davam etdiyini və bu baxımdan artıq növbəti mərhələyə keçildiyini vurğulayıb.

“Bu saziş imzalanarsa, münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksələcək və daha da yaxşı nəticələr əldə ediləcək”, - o bildirib.

P.Mixalko Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin rekord səviyyədə artdığını qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan məhsullarının 50 faizindən çoxu Avropa bazarlarına çıxarılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}