ADPU rektorunun müşaviri, filologiya elmləri doktoru, professor Vilayət Əliyev vəfat edib.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektorunun müşaviri, filologiya elmləri doktoru, professor Vilayət Əliyev vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.

Alim 84 yaşında dünyasını dəyişib.

V.Əliyev 1938-ci ildə Nuxa (indiki Şəki) rayonunun Daşbulaq kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutunda elmi işçi, 1967-1970-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunda dosent, 1971-ci ildə Yerevan Pedaqoji İnstitutunun azərbaycan bölməsində dosent, 1972-1977-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji Universitetində dosent, 1977-ci ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru,1997-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm də elmi işlər üzrə prorektoru, 2016-cı ildən isə rektorun müşaviri olub.

1992-ci ildə professor elmi adını alıb.

Özbəkistanda, Türkiyədə, Türkmənistanda, Rusiyada elmi konfranslarda, Türkiyədə Türk xalqları və Topluluqlarının IX qurultayında iştirak edib.

Türkologiya, Azərbaycan dilçiliyi, toponimika sahəsində 200-dən çox elmi məqalənin müəllifidir, Maqsud Şeyxzadənin iki cildliyinin özbəkcədən tərcümə edib.

AMEA-nın Dilçilik İnstitutunun Dissertasiya Müdafiə Şurasının həmsədri olub.

Allah rəhmət eləsin!


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}