İsmayıllıda iki uşaq anası özünü öldürdü
İsmayıllı rayonunda intihar hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Günəşli qəsəbəsində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Aytən Cəfərova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asıb. İki uşaq anası olan Aytən Cəfərova Ağsudan İsmayıllıya gəlin köçübmüş. Faktla bağlı araşdırma aparılır.Oxu.Az
Xəbəri paylaş
Facebook-da paylaş