Alman xüsusi xidmət orqanı kritik infrastrukturlara təxribat barədə xəbərdarlıq etdi



Almaniya Konstitusiyanın Müdafiəsi üzrə Federal Xidməti alman qurumlarına xəbərdarlıq edib.

Qurum casusluq təhlükəsi, dronların qeyri-qanuni istifadəsi və mühüm infrastrukturlara təxribatla bağlı daha diqqətli olmağa çağırıb.

“Xarici dövlətlərin və ya ekstremist qüvvələrin təxribat əməlləri çox geniş əhatəli nəticələrə və ciddi itkilərə səbəb ola bilər”, - deyə qurumun yaydığı bülletendə qeyd edilib.

Qurumun çağırışı ilk növbədə kritik infrastrukturlarla, məsələn, enerji və su təchizatı, telekommunikasiya, sərnişin və yük daşımaları ilə məşğul olan şirkətlərə yönəlib.

Xüsusi xidmət orqanı həmçinin alman şirkətlərini internetdə məxfi məlumatların dərc edilməsi ilə bağlı birbaşa xəbərdar edib. Bildirilib ki, bu cür paylaşımlar təxribatçılara zəif nöqtələri müəyyən etməkdə və beləliklə də “fiziki və kibernetik təxribat üçün başlanğıc nöqtələri” təyin etməkdə kömək edə bilər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}