“Həzrəti Yusif” serialının Züleyxası həbs olundu


İranın məşhur aktyorları Henqame Qaziani və Katayun Riahi etiraz hərəkatı ilə həmrəylik ifadə etdikdən və ictimai yerlərdə hicablarını açdıqdan sonra həbs ediliblər.

Şəffaflıq.az olay-a istinadən xəbər verir ki, bu barədə ölkənin İRNA xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, Riahi sentyabr ayında hicabsız Londonda yerləşən İran Televiziyasına müsahibə verdikdən sonra həbs olunub. 

Qaziani isə etirazçılara qarşı repressiyaların kəskin tənqidçisi olub və iğtişaşları qızışdırdığına, müxalifət mediası ilə əlaqə saxladığına görə həbs edilib.

Qeyd edək ki, Katayun Riahi Azərbaycanda kifayət qədər populyar olan "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}