NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı
NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb. Bu barədə hakim “Xalqın xidmətçisi” partiyası “Telegram”da məlumat verib. “NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təklifini dəstəkləyib. Belə bir tribunal təkcə hərbi cinayətkarların birbaşa iştirakçılarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya bütün üzv ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcək” – deyə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri bildirib. Onun sözlərinə görə, NATO PA-nın qətnaməsi Ukraynaya silah tədarükünün artırılması, Ukraynanın NATO-ya üzv olması üzrə konkret addımların işlənib hazırlanması və Ukraynaya vurulmuş zərərə görə Rusiyadan reparasiyaların alınması mexanizminin yaradılması üçün önəmlidir. Bundan başqa, qətnamədə NATO-nun Ukraynanı lazım olduğu qədər dəstəkləyəcyinə dair alyansın mövqeyi təsbit edilib. Şəffaflıq.az
Facebook-da paylaş