Əsas Səhifə > XARİCİ XƏBƏR > NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı
NATO PA Rusiyanı terrorçu dövlət kimi tanıdı22-11-2022, 17:53 |
NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb. Bu barədə hakim “Xalqın xidmətçisi” partiyası “Telegram”da məlumat verib. “NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təklifini dəstəkləyib. Belə bir tribunal təkcə hərbi cinayətkarların birbaşa iştirakçılarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya bütün üzv ölkələrin hökumətlərinə və parlamentlərinə göndəriləcək” – deyə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri bildirib. Onun sözlərinə görə, NATO PA-nın qətnaməsi Ukraynaya silah tədarükünün artırılması, Ukraynanın NATO-ya üzv olması üzrə konkret addımların işlənib hazırlanması və Ukraynaya vurulmuş zərərə görə Rusiyadan reparasiyaların alınması mexanizminin yaradılması üçün önəmlidir. Bundan başqa, qətnamədə NATO-nun Ukraynanı lazım olduğu qədər dəstəkləyəcyinə dair alyansın mövqeyi təsbit edilib. Şəffaflıq.az Geri qayıt |