İmişlidə maşın aşıb: Ölənlər var



İmişlidə ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb.

İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlunun idarə etdiyi VAZ-21015 markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü hadisə yerində, qohumu olan sərnişini 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}