İsveç NATO-ya üzvlük üçün konstitusiyasına dəyişiklik etdi



İsveç hökuməti konstitusiyaya dəyişiklik edib.

Bu addım Stokholmun NATO-ya üzv olmaq ərizəsini Türkiyənin təsdiq etməsi üçün atılıb.

İsveç parlamenti terrorla daha sərt mübarizə üçün konstitusiyaya dəyişikliyi qəbul edib. Qeyd olunur ki, Ankaranın bu tələbi Stokholmun Alyansa üzvlüklə bağlı müraciətinin qəbul olunması üçün əsas şərtdir.

Dəyişiklik 349 yerlik parlamentdə 278 səslə qəbul edilib. Ona əsasən, terrorizmlə məşğul olan və ya onu dəstəkləyən birləşmələrin azadlığını məhdudlaşdıran yeni qanunlar qəbul olunacaq. Xüsusilə də bu, terror təşkilatlarında iştiraka görə cinayət məsuliyyətinin genişləndirilməsinə və ya bu təşkilatlarda iştirakın qadağan edilməsinə imkan verəcək.

Ekspertlərin fikrincə, yeni qanun Ankara tərəfindən terror təşkilatı elan edilən PKK üzvlərinin təqib olunmasını asanlaşdıracaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}