​Şamaxı Rayon Gənclər və İdman idarəsinin və Şamaxı Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Orxan Salehovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə turnir keçirildi.-FOTO

14 noyabr 2022-ci il tarixində, Şamaxı Olimpiya Mərkəzində Şamaxı Rayon Gənclər və İdman idarəsinin və Şamaxı Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Orxan Fikrət oğlu Salehovun xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə turnir keçirildi.

Şəffaflıq.az xəbər verir ki, yarışın açılış mərasimində ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və dövlətimizin müstəqilliyi, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının-Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra isə Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi- Şahmar Hüseynov, Şamaxı Olimpiya Mərkəzinin direktoru-Səbuhi Qarayev, YAP Şamaxı rayon təşkilatının sədri-Tural Qasımlı, Şəhidin atası-Fikrət Salehov çıxış edərək yeniyetmə idmançılara uğurlar arzuladılar. 


Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib gəlmiş idmançılar Təşkilat Komitəsi tərəfindən müvafiq diplom və medallarla mükafatlandırıldı.


Qeyd edək ki, yarışda 10 çəki dərəcəsi üzrə müxtəlif rayon və klubları təmsil edən 110 idmançı mübarizəyə qoşulmuşdu.

Dəyanət İsmayılov.

Şamaxı şəhəri.

Şəffaflıq.az





Facebook-da paylaş


{sape_links}{sape_article}