Şamaxı rayonunda 8 Noyabr - Zəfər günü qeyd olunub


8 Noyabr - Zəfər günü münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib. 
Şəffaflıq.az xəbər verir ki,təbdirdə rayon ziyalıları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.


Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər düzərək ruhuna ehtiram nümayiş etdiriblər, sonra Şəhidlər xiyabanında torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsini yad ediblər.


Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respulikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayon ictimaiyyətini Şanlı Zəfər münasibətilə təbrik edib, bu qələbənin Azərbaycan tarixində böyük əhəmiyyəti və əvəzolunmaz yeri barədə geniş danışıb. Natiq qeyd edib ki, xalqımız müzəffər Ali Baş Komandanın dəmir yumruğunda birləşərək əldə etdiyi qələbə siyasi iradənin, milli həmrəyliyin və müasir ordunun qurulmasının məntiqi nəticəsidir. O, həmçinin vurğulayıb ki, vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.


Sonra çıxış edənlər YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Qafqaz Müsəlmanlar İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev, şəhid atası Rza Nəbiyev, Vətən müharibəsi veteranı Elvin Məmmədli Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini qeyd ediblər. 

Bildirilib ki, bu böyük qələbə ilə yanaşı həm də son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni faşizminə sarsıdıcı zərbələr endirildi və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll olundu. Çıxışçılar həmçinin dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıb, buna görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.


Tədbir incəsənət ustalarının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}