Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid valdeyinləri, birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları qazilər, mədəniyyət işçiləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Şəffaflıq.az xəbər verir ki,İRMİ-nin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə tədbir iştirakçılarını salamlayıb şanlı qələbəmizin ikinci ildönümü münasibəti ilə təbrik edib.
İlk öncə çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyyubova 44 günlük müharibədə Azərbaycan ordusunun qazandığı şanlı zəfərdən bəhs edib.Ali Baş Komandan İlham Əliyevin rəhbəriyi ilə Müzəffər Ordumuzun bizə yaşatdığı bu qələbə sayəsində Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya sübut olunduğunu bildirib
Daha sonra çıxış edən YAP -ın Şamaxı rayon Təşkilatının sədri Tural Qasımlı qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komamdanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 il Erməni işğalında olan torpaqlarımızı azad edərək regionda yeni reallıq yaratdı. Cənab prezident nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət , güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü,tarixi ədaləti , torpaqlarımızın ərazi bütövlüyünü bərpa etdi.
Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxışında bildirib ki, otuz ilin nisgilinə, acısına,torpaq həsrətinə son qoyan vətən müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı.Arzularımız, xəyallarımız, yuxularımız gerçəyə çevrildi.Əzəli- əbədi torpaqlarımız düşmən tapdağından azad edildi.Böyük Qayıdışın təntənəsi olaraq qısa müddət ərzində dövlət başçısının tapşırıq və sərancamları ilə azad olunmuş ərazilərdə görülən abadlıq quruculuq işləri hər bir kəsi sevindirir qürurlandırır.
Şamaxı rayonunda yerləşən N saylı Hərbi hissənin komandir müavini Vüqar Quliyev bildirdi ki xalq inanırdı ki, Ali Baş Komandanın sərkərdəliyi ilə bu döyüşlər böyük Qələbə ilə bitəcək.Azərbaycan ordusu qətiyyətlə düşmənin illərlə qurduğu müdafiə qurğularını darmadağın etdi. Bu gün işğal olunmuş ərazilərdə xidmət edən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər.
Daha sonra çıxış edən şəhid ailələri övladlarının şərəfli döyüş yollarından danışıb,onlarla qürur duyduqlarını fəxr etdiklərini qeyd edib. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya onlara göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürlərini bildirib.
Daha sonra tədbirin bədii hissəsində GİKM-nin Şamaxı nümayəndəliyinin gənclərinin və Şamaxı şəhər 9 saylı tam orta məktəbin şagirdlərinin ifasında musiqili kompozisiya, Qarabağın tarixi şəxsiyyətlərinin monoloqlarından ibarət səhnəcik nümayiş etdirilib.
Facebook-da paylaş