Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna final görüşü baş tutub. Şəffaflıq.az-ın məlumatına görə, həlledici matçda Azərbaycan və İran milli komandaları üz-üzə gəlib. Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb. Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 hesablı qələbə qazandığı üçün komanda qızıl medala yiyələnib. Yunan-Roma güləşi üzrə Dünya Kuboku Final Azərbaycan - İran - 5:5 55 kq Eldəniz Əzizli - Poya Marz - 4:1 60 kq Nihad Məmmədli - Mohsen Nejad - 4:5 63 kq Taleh Məmmədov - İman Hüseyn Mohammedi - 0:8 67 kq Həsrət Cəfərov - Danial Söhrabi - 5:1 72 kq Ülvi Qənizadə - Mohammedeza Rustami - 4:3 77 kq Sənan Süleymanov - Arif Həbibullahi - 7:1 82 kq Rafiq Hüseynov - Mohammedhuseyn Mahmudi - 5:1 87 kq Murad Əhmədiyev - Abulfəz Ali Çubani - 1:2 97 kq Arif Niftullayev - Mehdi Balihamzede - 2:5 130 kq Beka Kandelaki - Aliakbar Yusifahmedcali - 3:6
Facebook-da paylaş