Türkiyədə sərnişin avtobusu aşdı: 3 ölü, 32 yaralı



Türkiyədə Anadolu şosesinin Bolu hissəsində sərnişin avtobusu aşıb. Qəzada ilkin məlumata görə, 3 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.

İstanbul istiqamətində hərəkət edən və içərisində 37 sərnişinin olduğu avtobus sürücünün idarəetməni itirməsi nəticəsində baryerlərə çırpılıb.

Qəza yerinə çox sayda təcili yardım maşınları göndərilib. İlkin tibbi yardımdan sonra yaralılar Boludakı xəstəxanalara aparılıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}