Bakıdan Xaçmaza sərnişin daşıyan “Prius” aşıb, xəsarət alanlar var
Bakıdan Xaçmaza sərnişin daşıyan “Toyota Prius” idarətməni itirərək dərədən aşıb, xəsarət alanlar var. Şəffaflıq.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 122-ci kilometrliyində, Şabran rayonunun Taxtakörpü qəsəbəsi yaxınlığında qeydə alınıb. Qəza nəticəsində avtomobildə olan 2002-ci il təvəllüdlü Quliyev Emin Qalib oğlu və 2003-cü il təvəllüdlü Dadaşov Gülyar Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş