Yevlaxda iki avtomobil toqquşub, xəsarət alanlar var



Yevlax rayonunun Gülövşə kəndində 2 avtomobil toqquşub, xəsarət alanlar var.

Şəffaflıq.az xəbər verir ki, “VAZ-21011” markalı avtomobil digər minik avtomobili ilə toqquşub, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü X.Məmmədli və daha bir nəfər xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}