G7 ölkələri İranı məsuliyyətə cəlb edə bilər
G7 xarici işlər nazirləri İranı məsuliyyətə cəlb etmək istəyir. Buna səbəb kimi 2020-ci ilin yanvarında İran tərəfindən “Boeing” təyyarəsinin vurulmasıdır. Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd edilib. Bəyanatda həmçinin İran dövlətlərə və qeyri-dövlət subyektlərinə pilotsuz təyyarələrin ötürülməsində ittiham olunub. Həmçinin, həbs olunan etirazçıların azad edilməsi ilə bağlı İrana çağırış edilib. G7-nin xarici işlər nazirləri İran tərəfindən ikili vətəndaşlığı olan və xarici vətəndaşların saxlanmasını da pisləyib. Eyni zamanda, İranın nüvə silahı əldə etməsinə yol verilməməsi barədə qərar verilib. İran həmçinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində Beynəlxalq Atom Enerjisi üzrə Agentliklə “qeyri-kafi əməkdaşlıqda” ittiham edilib. G7 hesab edir ki, İran nüvə sazişinin bərpası üçün lazımi şərtləri yerinə yetirməyib. Şəffaflıq.az
Facebook-da paylaş