ABŞ kəşfiyyatı: “İran nüvə proqramı üçün Rusiyadan kömək istəyib”



“İran nüvə proqramını dəstəkləmək üçün Rusiyanın köməyini əldə etmək istəyir”.

Bu barədə ABŞ kəşfiyyat rəsmiləri məlumat verib.

Kəşfiyyat məlumatlarına görə, İran əlavə nüvə materialları əldə etmək və nüvə yanacağı istehsal etmək üçün Rusiyaya müraciət edib.

Yanacaq İrana nüvə reaktorlarını hərəkətə keçirməyə kömək edə bilər. Həmçinin potensial olaraq İranın nüvə silahı yaratmaq üçün “sıçrayış müddəti”ni daha da qısalda bilər.

Rusiyanın İrana yardım etməyə razı olub-olmadığı məlum deyil. Kreml uzun zamandır açıq şəkildə İranın nüvə silahı əldə etməsinə qarşı çıxır.

İranın təklifi iki ölkə arasında son aylarda genişlənən tərəfdaşlıq fonunda irəli sürülüb.

Bu tərəfdaşlıq Ukraynadakı müharibədə istifadə üçün pilotsuz təyyarələr və digər avadanlıqların İran tərəfindən Rusiyaya göndərilməsini əhatə edir.

Moskvanın da öz növbəsində Tehrana etirazları necə basdırmaq barədə məsləhətlər verdiyi güman edilir.

Bayden administrasiyası İran və Rusiya arasında hər hansı yeni əməkdaşlıq istiqamətlərini narahatlıqla izləyir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}