Bu ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycanda 14544 təbii və texnogen mənşəli hadisə baş verib.
Bu ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycanda 14544 təbii və texnogen mənşəli hadisə baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1313 hadisə və ya 10% çoxdur. Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 90 nəfər xilas edilib, 1033 nəfər təxliyə olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş