Şamaxıda avtomobil aşıb, səkkiz yaşlı uşaq xəsarət alıb



Şamaxı rayonunun Göylər kəndində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan səkkiz yaşlı Hörmətzadə Uğur Tural oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}