Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Şəffaflıq.az-ın məlumata görə, əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və digər vəzifəli şəxslər saxlanılıb. Hazırda əməliyyat davam edir. Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışır. Xatırladaq ki, DTX 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Həmin vaxt nazir müavini Rafiq Bayramov saxlanılmışdı.
Xəbəri paylaş
Facebook-da paylaş