İstanbulun rəmzi 49 yaşını qeyd etdi



İstanbulun Asiya və Avropa sahillərini birləşdirən məşhur 15 İyul Şəhidləri körpüsünün (keçmiş Bosfor körpüsü) artıq 49 yaşı var.

30 oktyabr 1973-cü ildə istifadəyə verilən körpüdən gündə orta hesabla 200 min avtomobil keçir.

İki qitəni birləşdirən qurğu İstanbulun rəmzinə çevrilib. Onun inşaatı ingilis və alman şirkətləri tərəfindən həyata keçirilib. Layihə təxminən 3 il 8 aya tamamlanıb və 23 milyon 213 min 666 dollara başa gəlib.

Qeyd edək ki, ümumi uzunluğu 1560 metr, qüllələrarası uzunluğu 1074 metr olan 6 zolaqlı körpünün tikintisi zamanı 63 min kubmetr qazıntı işi aparılıb, 71 min kubmetr beton, 4 min ton dəmir-beton polad işlənib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}