Oğuzda qaz sızmasından partlayış baş verdi: Xəsarət alan var



Oğuz rayonunun Sincan kəndində yaşayış evində baş verən partlayış zamanı bir nəfər xəsarət alıb.

Şəffaflıq.az məlumat verir ki, kənd sakini İmran Süleyman oğlu Məmmədyarova məxsus yaşayış evində baş verən partlayış zamanı ev sahibinin oğlu Nurlan İmran oğlu Məmmədyarov xəsarət alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}