Hindistanda körpünün uçması nəticəsində ölənlərin sayı 90-ı keçib



Hindistanın cənubundakı Qucarat ştatında kanatlı körpünün uçması nəticəsində ölənlərin sayı 90-ı ötüb.

Məlumatlara görə, 91 nəfər faciənin qurbanı olub.

70 nəfər yaralanıb və xəstəxanalara aparılıb. Faciə yerində xilasetmə əməliyyatı davam edir.

Yerli hakimiyyət qurbanların sayının artmaqda davam edəcəyini istisna etmir. Faciə yerində olan mənzil və kənd inkişafı naziri Briceş Merca bildirib ki, ölənlərin əksəriyyəti qadınlar və uşaqlar, eləcə də qocalardır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}