TƏBİB-dən Biləsuvarda baş vermiş qəza ilə bağlı AÇIQLAMA
“Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusunun toğğuşması nəticəsində baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”. Bu barədə TƏBİB-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb: “Hazırda iki nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir”. Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, qəza nəticəsində “BMW” markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Fətullayev Şahin Möhbü oğlu və sərnişini, 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Mərdanov Bəymirzə Yəhya oğlu ölüb. qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib. Şəffaflıq.az
Facebook-da paylaş