"Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib.
"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib. Şəffaflıq.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ikinci görüşündə Serbiya "Loznika Qrad"ı ilə üz-üzə gəlib. Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan yeganə qolu 19-cu dəqiqədə Vitao vurub. Qrupda keçirdiyi ardıcıl ikinci oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib. Qrupun digər görüşündə Bosniya və Herseqovina "Mostar"ı İsveç "Erebru"su ilə qarşılaşacaq. Çempionlar Liqası Əsas mərhələ, II tur 27 oktyabr 19:30. "Loznika Qrad" (Serbiya) - "Araz-Naxçıvan" (Azərbaycan) - 4:1 Qollar: Mladen Koçiç, 13; 37. Nemanya Milosavlyeviç, 16. Dorce Roşiç, 24 - Vitao, 19 Qeyd edək ki, "Araz Naxçıvan" ilk matçda "Erebru"ya 2:5 hesabı ilə uduzub.
Facebook-da paylaş