Prezident büdcənin tətbiqi barədə fərmanda dəyişiklik edib



Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Dəyişikliyə əsasən, qanuna yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi ilə bağlı bənd əlavə olunub. 

Bununla bağlı xərclər 48,282 milyon manat müəyyən edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}